Makron Jak Şirakın irsini məhv edib - Manaf Kilani

10:53 11.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa Müdafiə Nazirliyinin Ukraynaya 2,6 milyard avrodan çox hərbi yardım göstərməklə bağlı son açıqlamasını nəzərə alaraq, Makron Avropada lider olmaq istəyir.

Hafta.az xəbəer verir ki, bu fikirləri Avropada Perspektivli Təhlil və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanuel Dupuy səsləndirib.

Fransa Xarici İşlər Nazirliyinin keçmiş müşaviri Manaf Kilani isə öz növbəsində hesab edir ki, Makron bu liderliyə can atır, çünki o, istər Avropa İttifaqında, istərsə də ərəb müttəfiqləri və dostları arasında Fransanın rolunun mənasızlığını dərk edir.

Onun sözlərinə görə, Paris mərhum prezident Jak Şirakın dövründən bəri əlində olan hər şeyi itirib. O, hərbi potensialından, sənaye alətlərindən və mədəni təsirindən məhrum edilib.

Ləman Əliyeva