Paytaxt Kuala Lumpurdakı mağazalar da daxil olmaqla, 11 “Swatch” mağazasına təhlükəsizlik qüvvələri tərəfindən basqın edilib.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, xəbərdə “Swatch”in “Pride kolleksiyası”nda olan 14 min dollar dəyərində 164 saatın müsadirə edildiyi paylaşılıb.
Reydlər mayın 13-14-də həyata keçirilib.
"Biz göy qurşağı rənglərindən istifadə edən, sülh və sevgi mesajı verən saat kolleksiyamızın zərərli ola biləcəyi fikrinə qəti şəkildə qarşıyıq" deyib “Swatch”un baş direktoru Nik Hayek.
“Swatch”in Malayziya filialının marketinq meneceri Sarah Kok, şirkətin İsveçrədəki qərargahının verdiyi təlimata uyğun olaraq LGBT kolleksiyasından olan saatların mağazalara geri göndəriləcəyini bildirib.
Saatlar 1984-cü ildə qəbul edilmiş Çap və Nəşriyyat Qanununa əsasən müsadirə edilib. Sözügedən qanun zərərli və ya qeyri-qanuni məzmunun paylaşılmasını və çoxaldılmasını yasaqlayır.
Kimliyini açıqlamayan Malayziya Daxili İşlər Nazirliyinin rəsmisi saatlarda LGBT ifadəsi və bu cəmiyyətin bayrağının rənglərindən istifadə edildiyini bildirib və kolleksiyanın geri çağırılmasını müdafiə edib.
“Swatch” rəsmiləri isə müsadirə edilən saatların geri alınması üçün qanuni işlərə başlanılacağını bildiriblər.
Əhalisinin əksəriyyətini sünni müsəlmanlar təşkil edən Malayziyada homoseksuallıq qeyri-qanuni sayılır. 2018-ci ildə iki qadın homoseksual münasibətdə olduqları üçün şallaqlanmışdı.