Manat sabit qalır - Mərkəzi Bank

15:04 11.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 11-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Azərbaycan Mərkəzi Bankından hafta.az-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda fevralın 6-da keçirilmişdi. Həmin vaxt da hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı.