“Marsel“lə oyunda "Qarabağ"a fan-sektor ayrılacaq - AÇIQLAMA

15:04 14.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Fransaya səfərə yola düşürük. Bizdə olan məlumata görə Fransada oyuna maraq böyükdür.

Hafta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

Klub rəsmisi bildirib ki, "Marsel" klubuyla razılığa gəlmişik ki, bizim üçüb fan-sektor ayırsınlar:

"Qarabağ" klubunu dəstəkləmək istəyən azarkeşlərimiz üçün orda bilet satışı təşkil ediləcək. Bu barədə saytımız və sosial media üzərindən geniş məlumat verəcəyik. Biletlərin qiyməti 20 avro olacaq. Oyun günü bilet satışı olacaq. Bizə olan müraciətləri nəzərə alsaq, 300-ə yaxın Qarabağ azarkeşi stadionda olacaq. Azarkeş sayı daha çox olarsa, bilet baxımından heç bir problem olmayacaq. Şərt odur ki, Fransanın tələb etdiyi vaksin olsun".

Abbaszadə bildirib ki, mümkün erməni təxribatı məsələsiylə bağlı UEFA-ya və Marsel klubuna müraciət etmişik. UEFA əlavə olaraq təhlükəsizliyə bağlı əlavə daha bir nəfər məsul şəxs ayırıb.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.