Yazını böyüt
Yazını kiçilt
Prezident yanında Ali Attestasiya Komissiyası mart ayı üçün elmi dərəcə və elmi ad alan, xarici ölkədə verilən elmi dərəcə haqqında sənədi tanınmış iddiaçıların sayını açıqlayıb.
Komissiyadan hafta.az-a verilən məlumata görə, mart ayında 48 nəfər fəlsəfə doktoru, 5 nəfər elmlər doktoru dərəcəsi alıb.
Eyni zamanda ötən ay 26 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib, 4 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.
Ötən ay 21 nəfərə elmi dərəcə, 1 nəfərə isə elmi ad verilməsindən imtina edilib.