Masallı voleybolçuları Birinci Liqa yarışlarına qələbə ilə başlayıblar 

15:31 03.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kişi voleybolçuları arasında Birinci Liqanın yarışlarına start verilib.

Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə “Murov” voleybol klubunun idman zalında keçirilən yarışa “Masallı” komandası qələbə ilə başlayıb.

Birincilikdə 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, “Taleh-A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” mübarizəyə qoşulub.

Birinci Liqanın açılış matçında “Masallı” komandası “Ryuqa” komandasına tay-brekdə 3:2 hesabı ilə qalib gələrək ilk 3 xalını qazanıb.

Qeyd edək ki, Birinci Liqa yarışlarında komandalar iki qrupda iki dövrədən ibarət olmaqla mübarizə aparacaqlar.

Sonra pley-off mərhələsində yarışlar davam etdiriləcək.