Maşın almaq adı ilə gəldiyi evdən oğurluq etdi

18:20 29.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək oğurluq hadisəsi ilə üzləşdiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, o, avtomobilini satmaq istədiyi şəxsi evinə dəvət etdiyini, danışıqlar zamanı otaqdan çıxdıqda onun mobil telefonunu, qızıl-zinət əşyalarını və sənədləri oğurladığını bildirib. Həmin şəxs sonradan zərərçəkənə zəng edərək taladıqlarını geri qaytaracığını bildirsə də, vədinə əmək etməyərək həmin əşyaları satıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 50 yaşlı E. Hüseynov müəyyən olunaraq saxlanılıb.