“Media haqqında” qanun layihəsi yekunlaşmaq üzrədir - Əhməd İsmayılov

21:52 22.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Media haqqında” qanun layihəsinin mətni artıq yekunlaşmaq üzrədir.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, layihə bitdikdən sonra ictimaiyyətə açıqlanacaq.

Ə.İsmayılov Azərbaycanla digər ölkələr arasında beynəlxalq media platformalarının yaradılmasının əhəmiyyətindən də söz açıb: “Artıq Azərbaycan və Türkiyə arasında belə platformanın icrası tərəfimizdən təmin edilməkdədir. Belə media platformalarının sayının artırılması gələcəkdə Azərbaycan mediasının güclənməsi və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasına köməklik göstərəcək”.

Oxunma sayı 860
Media rubrikasından digər xəbərlər