Məhəmməd Psixiatriya Xəstəxanasından evə buraxıldı - VİDEO 

16:08 05.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verənlər barədə videosu ilə gündəm olan, ardınca Psixiatriya Xəstəxanasına yerləşdirilən 16 yaşlı Məhəmməd Hacıyev tibb ocağından buraxılıb. 

Hafta.az modern.az-a istinadən xəbər verir ki, bu barədə “Ümid ilə gəl” verilişinin aparıcısı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

 

O bildirib ki, yeniyetməni qardaşı Əli Hacıyev xəstəxanadan çıxarıb. 


16 yaşlı Məhəmməd videoda ona dəstək olanlara təşəkkür edib: “Məni düşünmüsünüz, bundan sonra narahat olmayın. Uşaq evində qalan dostlarıma da demək istəyirəm ki, narahat olmayın, hər şey düzələcək”. 



Həmin videonu təqdim edirik: