Mehriban xanım gördüyü işlərlə xalqın sevgisini qazanıb – Hüquq müdafiəçisi

13:35 26.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Mehriban xanım ölkənin birinci xanımı kimi bütün sahələrdə gördüyü işlərlə xalqın sevgisini qazanıb.

Bu fikirləri hafta.az-a hüquq müdafiəçisi Səidə Qocamanlı deyib.

Onun fikrincə, Mehriban xanımın Azərbaycan ailələrinə, bütövlükdə insanlara göstərdiyi diqqət elə insan haqlarının qorunmasıdır.

“Mehriban xanım insan hüquqları sahəsində çox böyük işlər görüb. Gəlin unutmayaq ki, o bir anadır, bir həyat yoldaşıdır. Hər bir ailənin, hər bir uşağın problemi ona çox yaxındır. Mehriban xanım bunların hamısını ürəyinə çox yaxın buraxır və həll olunmasında da əlindən gələn köməklikləri, yardımları edir. Mehriban xanım məhz millət vəkili olduğu zamanlarda böyük amnistiyaların təklifi ilə çıxış edib və böyük əfv, amnistiyalar imzalanıb. Məhz 1-ci Xanımın təşəbbüsü ilə bizim əyalətlərdə, Bakının özündə nə qədər məktəblər, xəstəxanalar, reablitasiya mərkəzləri açılıb.  Nə qədər qadına, uşağa yardım olunubdur. Yəni bu insan böyük bir humanizmin daşıyıcısıdır. Ona görə də Mehriban xanımın gördüyü işlərin hamısı onun həyat tarixinə yazılıb. Biz 44 günlük müharibədən sonra qazandığımız qələbədə bir ana kimi onun necə böyük rolunun da olduğunun şahidi olduq.  Şuşada “Xarıbülbül” Festivalının keçirilməsi, idarəçiliyi altında işləyən Fondun  azad olunmuş rayonlarımzda gördüyü işlər əlbəttə ki, hamısı onun imzası ilə olub. Mən arzu edərdim ki, bu imza, bu ad hələ çox uzun illər yaşasın, onun gördüyü işlər özünün töhfəsini vətənə, dövlətə milətə versin”.