“Mehriban xanımın həyata keçirdiyi xeyriyyəçilik  missiyası həm də bir örnəkdir” – Millət vəkili

12:48 26.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Fondunun yaradılması ilə Azərbaycanda həm də xeyriyyəçilik institutunun əsası qoyuldu. Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban xanım Əliyeva müxtəlif istiqamətlərdə çox mühüm xeyriyyəçilik layihələrini həyata keçirdi. Azərbaycanda elə bir ailə yoxdur ki, bundan faydalanmasın:

"Bu baxımdan, Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun Prezidenti kimi  Azərbayacanda həyata keçirdiyi xeyriyyəçilik  missiyası həm də bir örnəkdir.  Diqqət yetirsək görərik ki,  Azərbaycanda vətəndaşların əksər hallarda  son ümid yeri Heydər Əliyev Fondu olub. Ona müraciət edənlər hər zaman çağırış və istəklərinə müsbət reaksiya görüblər.  Bu da təbii ki, Fondun işinin uğurlu təşkilinin, vətəndaşlara həssas yanaşmasının göstəricisidir.  Heydər Əliyev Fondu dünya mədəni irsinin qorunması işinə də çox böyük töhfələr verib.

Bildiyimiz kimi, Mehriban xanım həm də UNESKO-nun xoşməramlı səfiri kimi dünyada mədəniyyət, elm, təhsil sahəsində əlaqələrin  qurulmasında, inkişaf etdirilməsində çox böyük rol oynayıb. Onun fəaliyyəti həm də dünyada barışın, sülhün əsas elementlərini təşkil edir”.

E. Mirbəşiroğlu bildirib ki, Fondun fəaliyyətində Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq miqyasda qorunması məsələləri xüsusi yer tutur. “Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən hesab edilən “Qarabağ həqiqətləri” silsiləsi buna bariz nümunədir”.

E. Mirbəşiroğlu bildirib ki, artıq tarixə qovuşmuş münaqişə vəziyətində Azərbaycanın ədalətli mövqeyinin intensiv olaraq dünya ictimaiyətinin diqqətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun misilsiz xidmtləri olmuşdur.

“Fond tərəfindən bir neçə sayt yaradılıb və o saytlarda Azərbaycan həqiqətləri müxtəlif dillərdə dünyaya çatdırılır, Ermənistanın  işğalçılıq siyasəti ilə bağlı dünya xalqlarında, dövlətlərində aydın təsəvvür formalaşdırılırdı. Ayrıca Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən 2008-ci ildən  “Xocalıya Ədalət” kampaniyasına start verilmişdi.  Ermənistanın Xocalıda törətmiş olduğu soyqırımla bağlı dünya məlumatlndırıldı. Bunun sayəsində  dünyanın 12 ölkəsi Xocalını soyqırımı kimi tanıyıb”.