Məhsullarından hər yerdə istifadə olunan NAMƏLUM ZƏNGİNLƏR

09:48 26.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Medianın səs-küyündən uzaq yaşamağa üstünlük verən və tanınmaq istəməyən milyarderlər də var.

Hafta.az-ın yazdığına görə, onların bir çoxu var-dövlətindən və statusundan başqalarına kömək göstərmək üçün istifadə edirlər.

Şokolad kraliçası

Maria Franka Fissolo ən böyük qənnadı məmulatları istehsalçılarından olan “Ferrero” brendinin sahibidir. Qadının şəxsi kapitalı 2,2 milyard dollardır. İndi 84 yaşında olan Maria son 8 ildir ki, oğlu Qiovanni Ferrero ilə ailə biznesini idarə edir. Şirkətə Nutella, Kinder, TicTac, Mon Cheri və Ferrero Rocher kimi məşhur brendlər də daxildir.

Onlayn alış-verişin kralı

Pier Omidyar təkcə İran əsilli amerikalı milyarder deyil, həm də texnologiya sahibkarı, xeyriyyəçi və 6,4 milyard dollarlıq proqram təminatı investorudur. O, insanlara istədiklərini alıb satmaq imkanı verən eBay saytının rəhbəridir. Pier və həyat yoldaşı Pam xeyriyyə təşkilatları şəbəkəsi ilə işləyən əsas xeyriyyəçilərdir. Hazırda Omidyarın əsas aktivləri eBay səhmləri və PayPal ödəniş xidmətidir.

Snapchat kralı

Snapchat Amerikada ən populyar proqramlardan biridir. O, insanlara fotoşəkilləri paylaşmağa, foto və videoları dərc etməyə imkan verir. 2020-ci ildən etibarən Snap Inc. dəyəri 50 milyard dollar idi. Proqrama Stanford Universitetinin üç tələbəsi rəhbərlik edir. Onlardan biri istedadlı proqramçı və gənc milyarder Bobbi Merfidir.

Moda kralı

Amazio Ortega 108,1 milyard dollardan çox sərvəti olan ispaniyalı milyarderdir. Bəlkə də onun Inditex şirkəti haqqında çox adam bilmir, amma hamı “Zara”nı Amazioya məxsus məşhur moda mağazalar şəbəkəsini tanıyır. Onun hesabına həmçinin Gravis, Confecciones Goa, Uterque, Bershka və Fundacin Amancio Ortego daxildir. Orteqa indi İspaniyanın ən varlı adamıdır - bu il o, 87 yaşını qeyd edib.

Media kraliçası

Hearst Korporasiyası, Cosmopolitan, Esquire, ESPN və başqalarını özündə birləşdirən Uilyam Randolf Herst tərəfindən yaradılmış nəhəng media konqlomeratıdır. Bu imperiyanın varisi gözəl Amanda Herstdir. Fordham Universitetinin məzunu, “Marie Claire”in redaktoru idi və hazırda Maison de Mode-un yaradıcısıdır. Bundan əlavə, Herst heyvanların rifahı təşkilatlarını qurub.

“Lego” kraliçası

Sofi Kirk Kristiansen dünyanın ən zəngin qadınlarından biridir və “Lego” sahiblərinin dördüncü nəslini təmsil edir. Dünyanın ən böyük oyuncaq istehsal edən şirkətlərindən birində o, paylarının 75 faizini qardaşları və atası ilə bölüşürdü. Nəticədə onun şəxsi kapitalı 8 milyard dollardan çoxdur. Sofi 1932-ci ildə “Lego” şirkətini quran Ole Kirk Kristiansenin nəvəsidir. İndi şirkət orta hesabla ildə 6,7 milyard dollar qazanır. Sofi həmçinin məşhur əyləncə parkı operatoru olan Merlin Entertainment Group-un yarısına sahibdir.

WhatsApp kralı

Yan Kum Ukraynada anadan olub və 90-cı illərin əvvəllərində ABŞ-a köçüb. Təhsil aldığı müddətdə Ernst & Young-da təhlükəsizlik auditoru vəzifəsində çalışıb. Hazırda “Forbes” istedadlı proqramçının sərvətini 16 milyard dollar qiymətləndirir. Kumun əsas aktivi şəbəkə nəhəngi Facebook-un səhmləridir.