Meksikada həbsxanaya hücum nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

23:39 02.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksikanın şimalındakı Çihuahua ştatının Syudad Xuarez şəhərindəki 3 saylı həbsxanaya silahlı hücum nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Hücum edənlərin köməyi ilə 20-dən çox məhbus həbsxanadan qaçmağa nail olub.

Hafta.az xarici KİV-lərə istinadla bildirir ki, ölənlərdən 10-u gözətçi, 7-si isə məhbusdur. Həbsxananın daha 3 əməkdaşı və 10 məhkum yaralanıb”.

Qeyd edək ki, Meksika prokurorluq orqanları əvvəlcə 10 təhlükəsizlik işçisinin və 4 məhbusun öldüyü barədə məlumat yaymışdı.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. İndiyədək hücumu təşkil etməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.