Məktəb binası çökdü - ÜÇ ÖLÜ, DOQQUZ YARALI

17:56 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belçikada Anvers şəhərində inşa olunan məktəb binası dağılıb. Faciə nəticəsində 3 nəfər ölüb. 4 nəfər isə hələ də dağıntılar altında qalıb.

Hafta.az xəbər verir ki, dağıntılar altından rumıniyalı və portuqaliyalı iki işçinin cəsədi çıxarılıb. Üçüncü cəsədin kimliyi isə hələlik bilinmir.

Olayda 9 kişi yaralanıb. 8-nin müalicəsi xəstəxanada davam etdirilir. Binanın nədən çökdüyü hələ bilinmir.

 

Oxunma sayı 7972