Məktəblərdə tətil elan edilib - Emin Əmrullayev

12:14 16.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məktəblərdə karantin deyil, tətil elan edilib. Bu, o deməkdir ki, məktəb şagirdləri üçün bu və digər qaydada dərs keçirilmir.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, noyabrda bir həftə tətil var idi: " Biz bu tətili digər tətil günləri ilə əvəzləşdirə biləcəyik".

Nazir bildirib ki, məktəblərin özlərində kütləvi yoluxma halına rast gəlinməyib. Onun sözlərinə görə, bu gün elan edilən tətildə tədris müddəti qısaldılmır:

"Bu tətil tədris ilinin azalmasına və şagirdlərin daha az müddətdə təhsil almasına səbəb olmayacaq. Şagirdlər bu gün olmayan təhsili qarşıdakı vaxtda alacaqlar".