Mənzildən meyit tapılıb

11:37 21.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl rayonunda mənzildə meyit tapılıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Göygöl şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.