Mərkəzi Bank banklarda kompleks yoxlamalar aparır

13:17 31.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Bank banklarda kompleks yoxlamalar və qiymətləndirmə aparır.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.

“Atabank”da likvidlik, maliyyə dayanıqlılığı problemləri var. Biz təklifləri formalaşdırmışıq və Maliyyə Sabitliyi Şurasına təqdim edəcəyik. Ümumilikdə, əmanətlərin qorunması istiqamətində problem yoxdur. Mərkəzi Bank “Atabank”ın əmanətləçilərinin vəsaitərinə çıxış imkanını tez bir zamanda yaratmağa çalışır. Bununla yanaşı, “Atabank”da qorunmayan əmanətlər də var. Biz banka tövsiyə etdik ki, həmin şəxslərə bildiriş göndərilsin", - deyə E.Rüstəmov qeyd edib.

O bildirib ki, “Atabank” haqqında qərar isə Maliyyə Sabirliyi Şurası tərəfindən veriləcək: “Düşünürük ki, bankın ödəniş qabiliyyətini itirməsi digər banklar üçün reputasiya riski yaradır. Biz problemim tez həll olunmasını istəyirik”.