Mərkəzi Bank depozit hərracı keçirəcək - 150 milyon manat

13:20 11.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 13-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən hafta.az-a bildirilib ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76-7,49 faiz təşkil edir.