Mərkəzi Bank depozit hərracı keçirəcək

14:04 07.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 10-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Hafta.az-ın məlumatına görə, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.