Mərkəzi Bankda yeni təyinat

10:22 04.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankının (AMB) Data Departamentinə direktor təyin edilib.

 

Hafta.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni əmr imzalayıb.

 

Əmrə əsasən, sözügedən vəzifə Vüqar Məsimova həvalə olunub.

 

O, bundan əvvəl qurumun İnformasiya texnologiyaları departamentinin bölmə rəhbəri vəzifəsində çalışıb.