Bu ay "Şakir Paşanın ailesi: Möcizələr ve qalmaqallar" adlı yeni serialın tizeri nümayiş olunub. Layihə elan olunan kimi orada iştirak edən iki məşhur aktrisanın - Məryəm Üzərli və Vahidə Perçinin adı ictimaiyyətin diqqətini çəkib. Xürrəm Sultan obrazını canlandıran məşhur aktrisalar yeni tarixi serialda bir araya gələcəklər.
Hafta.az-ın yazdığına görə, "Şakir Paşanın ailesi: Möcizələr ve qalmaqallar" serialı real hadisələrə əsaslanan tarixi melodramdır. Ondakı hekayələr 1912-ci ildən başlayır. Süjetin mərkəzində Şakir Paşanın (Fırat Tanış) ailəsi dayanır.
İlk tizer o dövrün ab-havasını əks etdirən gözəl kostyumlara və mənzərəli məkanlara görə serialın bir çox pərəstişkarları arasında böyük maraq doğurmuşdu. Serialın çəkilişləri İstanbul yaxınlığındakı Mərmərə dənizində yerləşən Büyükadada aparılacaq. Bu yer özünəməxsus memarlıq abidələri və gözəl təbiəti ilə məşhurdur.

Aktrisa Məryəm Üzərli bir neçə il idir ki, böyük layihələrdə iştirak etmirdi. Bu ilin iyun ayında o, "RU" internet serialında rol alıb və onun obrazı tənqidçilər tərəfindən müsbət qiymətləndirilib. Amma heç kim gözləmirdi ki, aktrisa tammetrajlı filmlərə qayıtmağa hazırdır.
O, yeni serialda Rozali adlı obrazı canlandırır. Bəzi mənbələrə görə, aktrisa cəmi 5 seriyada görünə bilər.
Serialda türkiyəli ulduzlar Cem Yiğit Üzümoğlu, Nilsu Berfin Aktaş, Helin Kandemir, Yağmur Başkurt iştirak edir. İlkin məlumata görə, serialın birinci hissəsi dekabrın əvvəlində nümayiş olunacaq.
Məryəm Üzərli 2013-cü ildə yayımlanan və milyonlarla tamaşaçı tərəfindən sevilən "Möhtəşəm yüz il" serialındakı Xürrəm obrazı ilə tanınıb.