Azərbaycanda “Zəngin kız, fakir oğlan”, “Kalk, gidelim” və sair kimi xüsusilə komediya məzmunlu seriallardan tanınan məşhur aktyor Ufuk Özkanın yaşadığı evində intihara cəhd etməsi ilə bağlı iddialar gündəmə gəlib. Özkan xəbərləri təkzib edib və səhhəti ilə bağlı dəqiq məlumat verib.
Hafta.az-ın yazdığına görə, 50 yaşlı aktyor “Gazete Magazin”ə açıqlamasında bu xəbərləri şiddətlə təkzib edib. Özkan, “Məni öldürməyə çalışırlar? Yayda çox işlədiyim üçün üzümdə ekzema əmələ gəldi, buna görə də vaxtaşırı xəstəxanaya girib-çıxıram” deyib.
“Çəkiliş meydançasına gedirəm və oyun verilişi aparıram” deyən aktyor xəbərin makiyajla bağlı görüntülərdən qaynaqlandığını ehtimal edib. “Evdə dincəlirəm, iki gündən bir yoxlanılıram” deyib.
İddiaların ortaya çıxmasından bir gün əvvəl Özkan sosial şəbəkədə uşaqlıq illərindən çəkdirdiyi və indiki görkəminin yan-yana fotosunu paylaşaraq “Bir zamanlar” şərhini yazıb. Bu yazı da iddialardan sonra gündəm olub.
Ufuk Özkan bir neçə il əvvəl qaraciyər çatışmazlığından müalicə almışdı. Orqan transplantasiyasına ehtiyac olmadan sağalan aktyor o vaxt çətin dövr keçirmişdi.
Bir az da bu aktyor haqda. Ufuk Özkan 11 aprel 1975-ci ildə Almaniyada doğulub. İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr Fakültəsini bitirib.
Karyerasında 2009-2011-ci illərdə yayımlanan “Büyük Aile” serialındakı “Cevahir” rolu ilə tanınıb. Müxtəlif televiziya, kino və teatr layihələrində rol alıb.
2005-ci ildə Nazan Günəşlə ailə qurub, Eren adlı oğlu var. Cütlük 2022-ci ildə boşanıb.