Metroda yanğın - TƏXLİYYƏ

13:23 02.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İstanbul şəhərində metro xəttində hərəkətdə olan qatarda yanğın baş verib.

Hafta.az xəbər verir ki, hadisə səhər saatlarında "Mahmutbey" stansiyasında qeydə alınıb. Bildirilir ki, stansiyaya yaxınlaşan qatar tüstülənib, sonra yanğın başlayıb. Qatar stansiyaya daxil olduqdan sonra sərnişinlər dərhal təxliyə ediliblər.

Tüstü səbəbindən stansiyada qısa müddətlik təlaş yaşanıb. İşçilər yanğınsöndürmə balonları ilə müdaxilə edərək alovu söndürüblər. Təhlükəsizlik tədbirləri çərçivəsində "Mahmutbey" stansiyası müvəqqəti olaraq bağlanıb.

Araşdırmalardan sonra məlum olub ki, yanğın qatarda əyləc sistemində yaranan nasazlıqdan qaynaqlanıb. Hadisədən sonra qatar depoya aparılıb.

İnsident zamanı xəsarət alanların olmadığı vurğulanıb. /"Haber Global"/