Yazını böyüt
Yazını kiçilt
Moskva meri Sergey Sobyanin metro stansiyalarında və yeraltı keçidlərdə velosiped və ya skuterdən istifadə edənlərin cəriməsini 100 rubldan 2 min rubla qədər artırıb.
Hafta.az-ın hyazdığına görə, eskalatoru “lazımsız yerə” saxlayanların cəriməsi də 100 rubldan 5 min rubla qaldırılıb.
Bələdiyyə rəsmiləri 2022-ci ildə metrolarda eskalatorların düyməyə 3600 dəfə basılması ilə dayandırılacağına diqqət çəkirlər.
100 rubl cərimə ilk dəfə 2007-ci ildə Moskvada tətbiq edilib. Lakin indi velosiped, konki və skuter kimi nəqliyyat vasitələri ilə metroda sərnişinlərin hərəkətinə mane olanlar 2 min rubl məbləğində cərimələnəcək.