Milli Məclis Ali Baş Komandan və Azərbaycan xalqına müraciət edəcək

10:45 12.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası noyabrın 13-də keçiriləcək.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, iclasın gündəliyinə 1 məsələ daxildir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında.