Milli Məclisdə yaz sessiyasında kimlər hesabat verəcək?

11:45 31.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Sabahdan Milli Məclisin yaz sessiyası başlayır.

Hafta.az xəbər verir ki, yaz sessiyası mayın 31-dək davam edəcək.

Milli Məclisin yaz sessiyası çərçivəsində aşağıdakı hesabat və məruzələr parlamentə təqdim olunacaq:

- Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat veriləcək;

- Hesablama Palatasının fəaliyyəti haqqında illik hesabat təqdim ediləcək;

- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Milli Məclis qarşısında illik məruzə ilə çıxış edəcək;

- Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edəcək;

- İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edəcək.

Siyasət rubrikasından digər xəbərlər