Millimiz 0:11 hesabı ilə uduzdu

17:30 12.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Hafta.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçirilən görüş rəqibin 11:0 hesablı qələbəsi ilə başa çatıb.

Komanda növbəti oyununu martın 15-də Sloveniyaya qarşı keçirəcək.