Mina partladı, polis əməkdaşları həlak oldu

12:20 28.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın şərqindəki Qəzni şəhərində mina partlaması nəticəsində 4 polis əməkdaşı həlak olub.

 

Hafta.az-ın məlumatına görə, hadisə zamanı daha 3 nəfər yaralanıb.

 

Qeyd olunur ki, polis konvoyu keçərkən yolun kənarına yerləşdirilmiş iki mina partlayıb.

 

Həlak olanlardan biri şəhərin polis idarələrindən birinin rəhbəri olub.