Yazını böyüt
Yazını kiçilt
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının G qrupunda son oyununu keçirib.
Hafta.az xəbər verir ki, Elşad Quliyevin çalışdırdığı komandanın rəqibi Küveyt yığması olub. Azərbaycan millisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
Bugünkü qələbə sayəsində yığmamız 3 oyundan 9 xalla qrupda 1-ci olub. Misir 6 xalla 2-ci, İraq və Küveyt isə 1 xalla 3-cü və 4-cü olub.