Minifutbol yığmamız "Millətlər Liqası" turnirinin qalibi oldu

19:44 05.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın minifutbol millisi Monteneqroda keçirilən "Millətlər Liqası" turnirinin qalibi olub.

Azərbaycan Minifutbol Federasiyasından hafta.az-a verilən məlumata görə, komanda Qazaxıstan və Monteneqro millilərinin iştirakı ilə keçirilən yarışda birinci olub.

Yığma üzvlərindən Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, İsa Atayev isə ən məhsuldar futbolçusu seçilib.