Minimum pensiya bu qədər artırılacaq -  MƏBLƏĞ AÇIQLANDI

11:41 12.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda minimum pensiyanın məbləği artırılır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev APA-ya açıqlamasında bildirib ki, minimum pensiyanın məbləği 240 manata qaldırılır.

Hazırda minimum pensiyanın məbləği 200 manatdır.

Beləliklə, minimum pensiyanın məbləğində 20 faiz artım nəzərdə tutulur.