Misir portalı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunda çıxışını tam yayımlayıb

20:15 06.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misirin “Əl Diplomasi” portalı Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən növbəti Qlobal Bakı Forumunda dövlətimizin başçısının çıxışının tam mətnini və videosunu yayımlayıb.

Hafta.az xəbər verir ki, ingilis dilində də informasiyalar yerləşdirən portalın AZƏRTAC-a istinadla yaydığı materialda Prezident İlham Əliyevin çıxışı misirli oxuculara ərəb dilində təqdim edilib.