Misirdə məhbuslar aclıq aksiyana başlayıb

10:30 26.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirdəki mövcud ağır həbsxana şəraitinə etiraz etmək istəyən bir qrup siyasi məhbus aclıq aksiyasına başlayıb.

Hafta.az-ın "Əl-Şəhab" İnsan Haqları Mərkəzinin (SHR) məlumatına istinadən yazdığına görə, İsgəndəriyyə şəhərindəki "Burj əl Ərəb" həbsxanasında məhbuslar ailələrinin onlara yemək gətirmələri qadağan olunduğuna, həbsxana şəraitinin ağırlaşdırılmasına etiraz olaraq aclıq aksiyası keçiriblər. 

SHR-nin məhbusların ailələrinə verdiyi məlumata görə, ən azı 7 məhbus həbsxana şəraitinin pis olması səbəbindən intihara cəhd edib.

Misirdə 60 minə yaxın siyasi məhbusun olduğu düşünülür.

Oxunma sayı 210