MN: Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir

10:45 28.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib".

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, buna baxmayaraq Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.