Moldova Azərbaycan qazına çıxış əldə edə bilər

10:00 03.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moldova Trans-Adriatik qaz kəmərinə (TAP) Ungenı-Kişinyov kəməri vasitəsilə qoşulmaqla Azərbaycan qazına çıxış əldə edə bilər.

Hafta.az-ın məlumatına görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Alen Pillu deyib.

Qeyd olunub ki, 120 kilometr uzunluğunda Ungenı-Kişinyov qaz kəməri yaxın zamanlarda istifadəyə veriləcək və Rumıniya ilə Moldovanın qaz-nəqliyyat sisteminin birləşməsini başa çatdıracaq.

Ungenı-Kişinyov qaz kəməri təxminən 90 faiz qaz idxalından asılı olan Moldovaya enerji mənbələrini şaxələndirməyə imkan verəcək.