Moldovada il ərzində əhali 23 min nəfərə yaxın azalıb

14:16 04.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moldova Milli Statistika Bürosu (NBS) 2022-ci il yanvarın 1-nə Moldovada yaşayış yeri olan əhali ilə bağlı məlumatı təqdim edib.

AZƏRTAC xəbər verir ki, 2022-ci il yanvarın 1-nə yaşayış yeri olan əhalinin ilkin sayı 2 milyon 604 min nəfər olub ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 22,9 min nəfər (0,9 faiz) azdır.

Əvvəlki illərdə olduğu kimi, qadın əhali üstünlük təşkil edir. Hesablamalara görə, 2022-ci ilin əvvəlinə qadın əhalisi 1362,8 min nəfər və ya ölkə əhalisinin 52,3 faizini təşkil edib. Eyni zamanda, kişi əhalisi 1241,2 min nəfər və ya ölkə əhalisinin 47,7 faizini təşkil edib.