Moldovada koronavirusdan ilk ölüm faktı qeydə alınıb

12:45 18.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moldovada yeni növ koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Bu barədə Moldovanın Səhiyyə naziri Viorika Dumbrevyanu məlumat yayıb. 61 yaşlı qadın martın 18-nə keçən gecə Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib. Həkimlər 4 gün onun həyatını xilas etməyə çalışsa da, mümkün olmayıb.

Qeyd edək ki, vəfat edən qadın İtaliyada koronavirusa yoluxub.

Xatırladaq ki, Moldovada koronavirusa yoluxanların sayı 30-a çatıb. Ölkədə iki ay müddətinə fövqəladə vəziyyət elan edilib.