Bahar Muradova Bakıda vətəndaşlarla görüşüb

16:11 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyunun 19-da Bakı şəhərində vətəndaşlarla görüşüb.

Hafta.az xəbər verir ki, müraciətlər arasında repatriasiya olunmuş uşağın himayəyə verilməsi, uşaqla ünsiyyət, hüquqi yardım, işlə təmin olunma, uşaq hüquqlarının müdafiəsi və digər mövzular yer alıb.

Dövlət Komitəsinin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.