Moskvada koronaviruslu xəstələr üçün qanvermə aksiyası keçirib 

11:24 28.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın paytaxtında koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində tətbiq olunan özünütəcrid rejiminin müddəti iyun ayının 14-dək uzadılıb.

Hafta.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin bu gün fərman imzalayıb.

Özünü təcrid rejimi ilə bərabər Moskvada xüsusi buraxılış və digər məhdudlaşdırıcı tədbirlərin də müddəti uzadılıb.

Moskva meri bu gün Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən müşavirədə iyun ayın 1-dən Moskva sakinlərində qrafiklə həftədə üç dəfə parklarda gəzintiyə çıxmağa icazə verilməsini təklif edib. O, bunun hələlik test rejimində həyata keçiriləcəyini bildirib.

Bununla belə, paytaxtda iyun ayın 14-nə kimi restoran, kafe, ticarət mərkəzləri və gözəllik salonlarının fəaliyyətinə icazə verilməyəcək.

Sobyanin iyunun 1-dən məişət xidməti göstərən müəssisələrin açılacağını bildirib.

Moskvada  ictimai yerlərdə məcburi maska və əlcəkdən istifadə rejimi gücləndiriləcək.

Qeyd edək ki, Rusiyada yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar mart ayının 28-dən mərhələli şəkildə özünütəcrid rejimi tətbiq olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son statistik məlumatlara görə, ölkə üzrə yeni növ virusa yoluxanların sayı 370 min 680 nəfərə çatıb. (apa)

Oxunma sayı 267