Yazını böyüt
Yazını kiçilt
Moskvada Qələbə Paradı iyunun 24-də keçiriləcək.
Hafta.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri Sergey Şoyqu ilə keçirdiyi videokonfransda məlumat verib.
Rusiya Prezidenti həmçinin “Ölməz alay” marşını da iyulun 26-da keçirməyi təklif edib. V.Putin Moskvada və Rusiyanın digər şəhərlərində keçiriləcək Qələbə paradlarının iştirakçılarının sağlamlığı üçün hər hansı risklərin istisna edilməsi barədə tapşırıq verib.