Moskvanın küçə və yolları sular altında qaldı

13:29 21.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın paytaxtı Moskvada daşqınlara kanalizasiya xətlərinə düşən yarpaqlar səbəb olub.

Hafta.az-ın "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu paytaxt merinin kommunal təsərrüfat xidmətləri və abadlıq məsələləri üzrə müavini Pyotr Biryukov deyib.

Onun sözlərinə görə, güclü külək paytaxtda ağacları aşırıb və ağacların yarpaqları kanalizasiya xətlərinə düşərək yağış sularının axmasının qarşısını alıb, bu isə lokal daşqınların baş verməsinə səbəb olub.