Mövlud Çavuşoğlu Fransaya gedəcək

13:25 06.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 6-7-də Fransada səfərdə olacaq.

 

Hafta.az-ın Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, türkiyəli naziri Fransa Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Jan-İv Le Drian ölkəsinə dəvət edib.

 

Nazirlər ikitərəfli əlaqələr, Türkiyə-Avropa İttifaqı(Aİ) münasibətləri, regional və gündəmdəki məsələlər barəsində fikir mübadiləsi aparacaqlar.

 

Həmkarlar beynəlxalq aləmdə baş verən hadisələri də müzakirə edəcəklər.