Mozambikdə yol-nəqliyyat hadisəsi nəticəsində 31 nəfər ölüb

21:48 04.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mozambikin Maputu əyalətində üç avtomobilin toqquşması nəticəsində 31 nəfər ölüb, 11 nəfər ağır yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə Radio Mozambique radiostansiyası yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Məlumata görə, avtobus iki yük avtomobili ilə toqquşub.

Əyalət bələdiyyəsinin başçısı Kristin Mafumo bildirib ki, qəzada ümumilikdə 57 nəfər yaralanıb. Onlardan 15-i yüngül və orta dərəcəli bədən xəsarətləri alıb, 11 nəfər xəstəxanadan buraxılıb.

Qəzaya yolda pis görüntü və yüksək sürətin səbəb olduğu ehtimal edilir.