Müavinət, təqaüd və ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR

10:36 26.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Hafta.az-a verilən məlumata görə, bununla da bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.

Noyabrın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə pensiyalar, 21-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin noyabr ayı üzrə pensiyaları çatdırılıb.

Bu gün isə noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.