Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

11:34 28.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən hafta.az-a bildirilib ki, vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq.

Vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.

Xatırladaq ki, aprelin 17-dən 19-dək keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.