Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə müraciət edənlərin sayı açıqlanıb

22:30 12.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə müraciət edənlərin sayı açıqlanıb.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən hafta.az-a verilən məlumata görə, bu mərhələdə müsabiqə tarixində ilk dəfə rekord sayda müraciət qeydə alınıb.

Müsabiqədə iştirak etmək üçün 62242 namizəd qeydiyyatdan keçib və onlardan 60627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib.

Oxunma sayı 560