ABŞ-İran danışıqlarında hələ də tərəddüd var

11:10 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Təhdidlər davam etdiyi müddətcə ABŞ ilə yekun razılaşma üzrə danışıqlara başlamaq mümkün deyil".

Hafta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib. 

"Anlaşma memorandumunun 13-cü bəndi çox aydındır: təhdidlər davam etdiyi müddətcə yekun razılaşma üzrə danışıqlar başlamayacaq. Öhdəliklərinizi yerinə yetirin", - deyə o, sosial mediada yazıb.

"Əl-Hədəs" qəzeti əvvəllər ABŞ və İran arasında yeni danışıqların iyulun 11-də Pakistanda keçiriləcəyini bildirmişdi.