Müharibə həftənin sonunda başlaya bilər - Paşinyan

11:32 19.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə deyib ki, İrəvan sovet dövründən qalma sərhəd kəndləri-eksklavlar məsələsində Bakı ilə güzəştə getməsə, o zaman həftəsonu sonunda müharibə başlaya bilər. Sakinlərlə görüşün videoyazısını hökumətin mətbuat xidməti yayıb.

"İndi biz buradan gedə bilərik, gedək (Azərbaycana) deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq".

“Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm”, - deyən Paşinyan əlavə edib və izah edib ki, silahlı münaqişədən sonra yerli sakinlər ondan hərbi əməliyyatlar təhlükəsi barədə məlumatı olub, onları niyə əvvəlcədən xəbərdar etmədiyini soruşacaqlar.