Müxtəlif ölkələrlə hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar aparılır

13:22 29.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar gedir.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Almaniyanın “Lufthansa” şirkətinə Frankfurt-Bakı reysinin bərpa olunması ilə bağlı müraciət edilib. Onun sözlərinə görə, digər aviaşirkətlərdən də müraciətlər daxil olub və müxtəlif ölkələrlə aviareyslərin bərpa olunması istiqamətində danışıqlar aparılır”.