Narkotiklə tutulan şəxs axund müavini imiş

14:37 13.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçalada axund müavini işləyən şəxs narkotiklə tutulub.

Trend xəbər verir ki, aprelin 11-də Neftçala RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1983-cü il təvəllüdlü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Neftçala şəhər dindarlarının dini icması məscidinin axund müavini işləyən Salamov Samid Şakir oğlunun üzərindən və yaşadığı evdən külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Samid Salamov şübhəli şəxs qismində tutulub.